"Sofascore.com" saytı Konfrans Liqasında 2021/2022 mövsümündə çıxış edən futbolçuların reytinqini açıqlayıb.
Sportal.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade də yer alıb. Kabo-verdeli oyunçu 7,51 balla 6-cı sırada qərarlaşıb.
Andrade turnirdə keçirdiyi 8 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürmə dəqiqliyi isə 86,63 faiz olub.
29 yaşlı yarımmüdafiəçi Kipr "Omoniya"sına qarşı Bakıda keçirilən matçda (2:2) komandasının 2-ci qoluna imza atıb.
"Qarabağ" Konfrans Liqasındakı mübarizəsini pley-off mərhələsində dayandırıb. "Atlılar" bu mərhələdə "Marsel"ə məğlub olmuşdu.
