Mahmud Qurbanov "Neftçi-2"dən ayrılıb.
Sportal.az "ağ-qaralar"In saytına istinadən xəbər verir ki, mütəxəssislə başa çatan müqavilənin uzadılmamasına qərar verilib.
2018-ci ildən "Neftçi-2"ni çalışdıran Qurbanov 2020/21 mövsümündə komandanı I Divizionun qalibi edib.
Mütəxəssisin yeni iş yeri də məlumdur. O, "Səbail"i çalışdıracaq.
