Yeni mövsümdən birinci divizionda çıxış edəcək klublardan biri də "İmişli" olacaq.
Sportal.az xəbər verir ki, baş məşqçi postuna bir neçə mütəxəssis namizəd idi.
Saytımıza verilən məlumata görə, bölgə klubuna Regional Liqada da komandanın baş məşqçisi olmuş Ruhid Usubov başçılıq edəcək.
İmişlinin “Lokomotiv”, MKT-Araz”, "Mil-Muğan", “İnter”(Bakı), MOİK, “Simurq” klublarında oynamış 36 yaşlı mütəxəssis yeni mövsüm birinci divizionda komandaya rəhbərlik edəcək.
