Osman Dembele "Barselona"dan ayrılmağa hazırlaşır.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, klub nümayəndələri ilə futbilçunun agenti arasında olan görüşlər nəticə verməyib. Katalonların yeni müqavilə təklifi onları razı salmayıb. Mənbə Dembelenin PSJ-yə keçəcəyini yazıb.
"Le Parisien" isə Fransa klubunun vingeri istəmədiyini yazır. Daha doğrusu, PSJ-nin yeni idman direktoru Luis Kamposun planlarında belə bir transfer yer almır.
