Almaniya klubu çexiyalı forvardla müqavilə müddətini uzatdı

21:02 - 26 May 2022

"Bayer"(Leverkuzen) çexiyalı hücumçusu Patrik Şiklə müqavilə müddətini artırıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yeni muqaviləyə əsasən Şik 2027-ci ilə qədər Leverkuzen təmsilçisinin şərəfini qoruyacaq.

Çexiya millisinin hücumçusu yeni başa çatan mövsümdə "Bayer"in heyətində 31 oyunda 24 qol vurub, 3 assistlə oynayıb. 

Xəbər xətti