Qışda "Neftçi" ilə müqavilə imzalayıb "Səbail"ə icarəyə yollanan Rəşad Əzizli hazırda millinin düşərgəsindədi.
Sportal.az xəbər verir ki, 26 yaşlı qapıçı Canni De Byazinin dəvətilə yığmaya cəlb edilib.
Hazırda millinin düşərgəsində olan Əzizli yeni mövsümə "Neftçi"də başlamaq istəyir. Saytımıza açıqlama verən Rəşad milliyə cəlb olunmasına görə xoşbəxt olduğunu bildirərək, “ağ-qaralar”ın qapısını qorumaq şanslarından da danışıb:
"Milli komandaya cəlb olunduğuma görə xoşbəxtəm. Çünki milli tamam başqa hiss və ən yüksək duyğulardandı. Dəvət edən məşqçilər korpusuna təşəkkür edirəm.
Bəli, müqavilə ilə “Neftçi”yə məxsusam. Doğrudu, bir neçə təkliflərim var. Həm yerli klublardan, həm də ölkə xaricindən. Amma mən “Neftçi”yə qayıdaraq komandanın qapısını qorumaq istəyirəm. Ümidvaram ki, hər şey istədiyim kimi alınacaq".
