Türkiyənin "Beşiktaş" klubunun idarə heyətinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda klubun maliyyə hesabatı təqdim edilib və borcu açıqlanıb. "Qara qartallar"ın 31 dekabr 2021-ci il tarixinədək 4 milyard 900 milyon 120 min lirə (513 milyon manat) borcu olduğu bildirilib.
"Beşiktaş" Türkiyə Super Liqasında 2021/2022 mövsümünü 59 xalla 6-cı pillədə tamamlayıb.