"Liverpul" "Barselona"nın futbolçusu ilə maraqlanır

18:51 - 28 May 2022

"Liverpul"  "Barselona"nın ispan futbolçusu Qavini transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Mersisayd təmsilçisi 17 yaşlı oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır. Qavi isə karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2021-ci ildən əsas komandada çıxış edir. Geridə qalan mövsümdə bütün turnirlər nəzərə alınmaqla 47 maça çıxan futbolçu 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.  

Xəbər xətti