"Bavariya" "Ayaks"ın futbolçusunu transfer edir

22:39 - 28 May 2022

Rayan Qravenberx "Bavariya"nın heyətinə qoşulmaq üçün tibbi müayinədən keçib. 

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transferi gələn həftə rəsmiləşəcək.

 

Qravenberxlə müqavilənin  2027-ci ilin yayına kimi nəzərdə tutulub.
 

Qeyd edək ki, geridə qalan mövsümdə Amsterdam təmsilçisinin heyətində bütün turnirlərdə 42 oyuna çıxan niderlandlı yarımmüdafiəçi 3 qol vurub, 6 assistlə yadda qalıb.

Xəbər xətti