Seyidovla Əlizadənin komandası uduzdu

00:24 - 29 May 2022

Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” növbəti matçına çıxıb.

Bu komanda “Auda”nı qəbul edib. Futbolçularımızın komandası bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Şakir oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan Seyidov sona qədər oyunda olub. Asim isə sonadək ehtiyatda qalıb.

​“Dauqavpils” 16 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti