"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır

13:15 - 29 May 2022

"Mançester Yunayted"  "Borussiya"nın (Mönhenqladbax) futbolçusu Kuadio Kone  ilə maraqlanır.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"  21 yaşlı futbolçunu əsas heyətinin üzvü kimi görür.

Kone 2021-ci ildə Fransanın "Tuluza" klubundan "Borussiya"ya transfer olunub.

Qeyd edək ki, geridə qalan mövsümdə Mönhenqladbax təmsilçisi ilə Bundesliqada 26 oyuna çıxan fransalı yarımmüdafiəçi 2 qol  vurub.

Xəbər xətti