Azərbaycanın rəqibi bu gün yoxlama görüşü keçirəcək

11:57 - 29 May 2022

Millətlər Liqasının C3 qrupunun ilk oyununda Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığması yoldaşlıq matçı keçirəcək.

​Sportal.az "KazFootball.kz" portalına istinadən xəbər verir ki, Maqomed Adiyevin komandası bu gün Qazaxıstanın gənclərdən ibarət komandası ilə qarşılaşacaq. Görüş mayın 29-da “Astana Arena” stadionunda bağlı qapılar arxasında baş tutacaq.

Qazaxıstan - Azərbaycan oyunu iyunun 3-də Nur-Sultandakı yuxarıda adıçəkilən arenada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Mirbağırağa

Xəbər xətti