"Sauthempton"un qapıçısı Freyzer Forster "Tottenhem"lə müqavilə imzalamağa hazırlaşır.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İngiltərə millisinin qapıçısı Londona yollanaraq tibbi müayinədən keçib.
Müqavilənin yaxın günlərdə açıqlanacağı bildirilir.
