Belçikalı ÇL-də ən yaxşı seçildi

13:51 - 29 May 2022

"Real"ın üzvü Tibo Kurtua UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ən çox qurtarış edən qapıçısı olub.

Sportal.az xəbər verir ki, belçikalı kiper 13 oyunda 61 dəfə komandasını qoldan xilas etməyi bacarıb.

O, "Vilyarreal"dan Xeronimo Rulyi (41) və “Benfika”dan Odisseas Vlaxodimosu (38) qabaqlayıb. 

"Liverpul"un qapıçısı Alisson Bekker 13 oyunda 15 seyv edərək yalnız 18-ci ola bilib. 

Xəbər xətti