ÇL-də son həftənin ən yaxşısı adına namizədlər bəlli oldu

14:29 - 29 May 2022

Çempionlar Liqasında 2021/2022 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Real"dan Vinisius Junior, Tibo Kurtua və Kazemiro, "Liverpul"dan isə İbrahima Konate namizəd olub.

​"Real" finalda İngiltərə "Liverpul"unu 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.

Xəbər xətti