Braziliyalı keçmiş futbolçu Pele "Real"ı Çempionlar Liqasının qalibi olması münasibətiylə təbrik edib.
Sportal.az xəbər verir ki, sabiq forvard bununla bağlı sosial şəbəkə hesabında yazıb:
"Buna görə də futbol dünyanın ən gözəl idmanıdır. Möhtəşəm bir oyun oldu. Qələbə qolunu vuran sevimli dostum Vinisius Junioru gördüm. Marselonun Çempionlar Liqasını kapitan kimi qazanan ilk braziliyalı olmasından məmnunam. Qüsursuz oynayan, inanılmaz seyvlər edən Tibo Kurtuanın bacarıqlarının şahidi oldum. Vəziyyətdə dəyişikliklər edən və bildiklərindən yaxşı istifadə edən Karlo Ançelottinin də əməyini qeyd etmək istərdim. Təbriklər, "Real". Necə möhtəşəm macəra idi".
"Real" finalda "Liverpul"u məğlub edərək (1:0) tarixində 14-cü dəfə ÇL-i qazanıb.
