Avropa nəhəngləri 18 yaşlı qapıçı ilə maraqlanır

16:43 - 29 May 2022

"Çikaqo Fayr"ın gənc qapıçısı Qabriel Slonina Avropa klublarının diqqət mərkəzindədir.

Sportal.az  "Transfermarkt"ə istinadən xəbər verir ki, Polşa əsilli ABŞ gənclər komandasının 18 yaşlı üzvü ilə "Bavariya", "Yuventus", "Çelsi", "Vulverhempton", maraqlanır.

Transfer qiyməti 3,3 milyon dollar dəyərində olan qolkiper 2019-cu ildən "Çikaqo Fayr"da çıxış edir. O, bu mövsüm 14 oyuna çıxıb, 20 top buraxıb.

 

Xəbər xətti