"Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür" - VİDEO

17:08 - 29 May 2022

"Son günlər haqqımda sosial şəbəkələrdə doğru və rəsmi olmayan xəbərlər paylaşılır. Xəbərin altında isə qeyd edilib ki, rəsmi məlumat deyil”.

Sportal.az xəbər verir ki, bu sözləri Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

Çunayev ölkəmizi tərk edəcəyilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa gedəsi olsam da, yalnız Azərbaycanı yaxşı təmsil etmək üçün gedərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.
​

Xəbər xətti