"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Vilyarreal" braziliyalı müdafiəçi üçün Türkiyə klubuna 16 milyon avroluq təklif edib. "Cim-bom" isə hələki bu təklifə cavab verməyə tələsmir.
Markao "sarı qırmızılar"a 2019-cu ildə Portuqaliyanın 2-ci liqa təmsilçisi "Şaveş"dən transfer olunmuşdu.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlər nəzərə alınmaqla 39 oyuna çıxan "sambaçı" 1 qol, 1 assist ilə yadda qalıb.
