Azərbaycan idmançısı Avropa çempionu oldu

18:35 - 29 May 2022

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Azərbaycan təmsilçisi Emiliya Mitilinova 1-ci yeri tutub və qızıl medala layiq görülüb. Kişilər arasında isə Nihat Məmmədzadə ikinci yeri tutub.

Komanda hesabında da yığma komanda mükafatçılar sırasında yer alıb. Kumite yarışlarının finalına yüksələn Azərbaycan idmançıları Avropa ikincisi olublar, kata yarışında isə karateçilər bürünc medala layiq görülüblər.

Xəbər xətti