Zidan PSJ-dən imtina etdi

19:33 - 29 May 2022

"Real"ın sabiq baş məşqçisi  Zinəddin Zidan PSJ-də işləmək istəmir.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssislə danışıqları şəxsən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani aparıb. Lakin Zidan klubun təqdim etdiyi layihəni bəyənmədiyi üçün təklifdən imtina edib.

 

Fransalı baş məşqçi son olaraq "Real"da iş başında olub. Zidan Madrid təmsilçisindən ayrıldıqdan sonra heç bir komandanı çalışdırmayıb.

 

Qeyd edək ki, PSJ-ni hazırda Maurisio Poçettino çalışdırır. Onun parislilərlə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Xəbər xətti