Türkiyə I liqasında pley-off mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş üzvü Taşkın İlterin formasını geydiyi "Eyüpspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
İki görüşün nəticəsinə görə 3:1 hesablı üstünlük əldə edən "Bandırmaspor" pley-offun finalına yüksəlib. "Eyüpspor" isə növbəti mövsümdə mübarizəni I liqada davam etdirəcək.
Taşkın İlter də bu oyunun iştirakçısı olub. Matça start heyətdə başlayan 28 yaşlı yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.