Ranqnik "Mançester Yunayted"dən ayrıldı

20:28 - 29 May 2022

"Mançester Yunayted"in  baş məşqçisi Ralf Ranqnik  klubda məsləhətçi kimi çalışmayacaq.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssis ötən ilin dekabrında kluba baş məşqçi təyin olunanda bağlanan müqavilədə belə bir bənd olub ki, o, mövsüm sonunda komandada məsləhətçi vəzifəsinə keçəcək. Almaniyalı çalışdırıcının apreldə Avstriya milisinə baş məşqçi təyinatı gerçəkləşib.

Qarşı tərəf isə Ranqnikin iki yerdə işləməsini istəməyib.

Qeyd edək ki, 2022/2023 mövsümündən "Mançester Yunayted"i Erik ten Haq çalışdıracaq.

Xəbər xətti