23 ildən sonra Premyer Liqaya qayıtdılar

21:58 - 29 May 2022

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, pley-off mərhələsinə yekun vurulub.

Pley-off mərhələsinin həlledici matçında "Nottingem Forest" "Haddersfild"dən üstün olub. 

Belə ki, rəqibini 1:0 məğlub edən nottingemlilər Premyer Liqada oynamağa haqq qazanıb. 

"Nottingem Forest" 23 illik fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Onlardan əvvəl isə "Fulhem" və "Bornmut" yüksək liqaya vəsiqə qazanmışdı. 

Xəbər xətti