"Liverpul" Fransa millisinin üzvü Usman Dembele ilə maraqlanır.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi Premyer Liqada çıxış edə bilər. Mersisayd təmsilçisi futbolçunu gələn yay müqaviləsi bitdikdən sonra azad agent kimi transfer etmək istəyir.
"Liverpul"un nümayəndələri artıq 25 yaşlı oyunçunun meneceri ilə danışığa başlayıb.
Qeyd edək ki, Usman Dembele geridə qalan mövsümdə La Liqada 21 oyunda 1 qol vurub, 13 assistlə oynayıb.
