"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı ölkə kubokunun finalının "Qarabağ" - "Zirə" matçından sonra stadionda çəkdirdiyi fotosunu paylaşaraq bunları yazıb: "Kubokun finalı: üzüntü və qürur bir arada”.
Qeyd edək ki, final görüşündə "Qarabağ"la 120 dəqiqə 1:1 oynayan "Zirə" yalnız penaltilər seriyasında rəqibinə uduzmuşdu.

saytlarin hazirlanmasi
