"Mançester Yunayted"dən "Fiorentina"ya

23:17 - 29 May 2022

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani gələn ay İngiltərə klubunu tərk edəcək.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı hücumçu "Fiorentina"ya keçməyə hazırlaşır.

Florensiya təmsilçisi artıq 35 yaşlı hücumçunun ilkin razılığını alıb. Mançester klubunda oyun praktikasından əziyyət çəkən Kavaninin "Fiorentina"ya keçidinin qarşısını yalnız maliyyə məsələləri ala bilər. Belə ki, İtaliya klubunun rəsmiləri yüksək maaş tələb edən Kavaninin güzəştə gedəcəyini gözləyir.

Xəbər xətti