Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş “Sent-Etyenn”lə Liqa 2-dən "Oser"lə pley-off matçına çıxıb.
İlk matç 1:1 hesabı ilə yekunlaşıb. Sent-Etyendə baş tutan cavab qarşılaşması da eyni hesabla baş çatdığından penalti seriyasına ehtiyac duyulub. "Oser" 5:4 qalib gələrək yüksək liqaya vəsiqə qazanıb. Belədə, Fransanın ən çox çempionluq qazanmış iki komandasından biri olan "Sent-Etyen" aşağı liqaya yuvarlanıb.
Daha öncə Liqa 2-nin qalibi “Tuluza” və ikinci pilləni tutan “Ayaçço” da elitaya yüksəlmişdi.
