Millimiz Avropa çempionatına yola düşür

11:30 - 30 May 2022

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır.


Sportal.az xəbər verir ki, yığmamız turnirin keçiriləcəyi Slovakiyaya 2 iyun tarixində yola düşəcək. Oyunlar iyunun 4-ü başlayacaq.


24 komanda 6 qrupda yarışacaq. Azərbaycan millisi Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti