Mini-futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlama verib.
Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Komanda yaxşı vəziyyətdədi. Oyunlara yaxşı hazırlaşırıq. Matçları gözləyirik. Əsas məqsəd qrupdan çıxmaqdı. Biz də güclüyük, döyüçəcəyik, iddiamız böyükdü. Komandamızın potensialı yüksəkdi. Avropada ilk beşliyə düşə biləcək səviyyədə komandamız var. Çox güclü qrupa düşmüşük. Qrupdan yaxşı nəticələrlə çıxa bilsək, finala qədər irəliləmək şansımız yüksəkdi. Birinci, ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik.
Sınaq matçımız iyunun 2-də Sloveniyaya qarşı olacaq. Bir oyun keçirəcəyik. Daha sonra oyunlara hazırlaşacağıq. Başqa rəqiblərimiz yox idi. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, yetərincə sayırıq. İstəyirik ki, yüksək səviyyədə oynaya bildiyimizi göstərək.
Orxan Əliyevi çağırmaq istəyirdik. Son 6 ayda peşəkar futbol oynadığına görə onu götürə bilmədik. Kimi istəyirdiksə, buradadı. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Sintez yaradaraq sürəti artırmaq istəyirik".
saytlarin hazirlanmasi
