Super Kubok kimin olacaq?

13:09 - 30 May 2022

Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatşılığı ilə 31 may saat 18.00-da Sərhədçi İdman Kompleksinin idman zalında basketbol idman növü üzrə Tələbə Liqasının Super Kubokunun Final mərhələsi baş tutacaq.

Sportal.az xəbər verir ki, yarışda  Azərbaycan Dövlət Neft Sənayesi Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının tələbə komandaları qarşı-qarşıya gələcək.

Xəbər xətti