İspaniyalı "Real"dan ayrıldığını açıqladı

15:32 - 30 May 2022

"Real"ın yarımmüdafiəçisi İsko Madrid klubunu tərk edib.

Sportal.az xəbər verir ki, bu barədə futbolçunun özü instaqram hesabında paylaşım edib:

"Real" ilə 9 ildən sonra klubdakı vaxtım sona çatır. Dəstəyə və sevgiyə görə hamıya təşəkkür!"

​30 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Malaqa"dan "Real"a keçib. O, Madrid klubunda 353 oyun keçirib, 53 qol, 56 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti