"İnter" baş məşqçisi ilə müqavilə müddətini artıracaq

15:47 - 30 May 2022

"İnter"in baş məşqçisi Simone İnzaqi klubla müqavilə müddətini uzadacaq.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 46 yaşlı məşqçi "nerazzura"nı  2024-cü ilin yayına kimi çalışdıracaq.

​İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. Komanda son mövsümdə A Seriyasını ikinci pillədə başa vuraraq, İtaliya kubokunu qazanıb.

Xəbər xətti