"İnter"in futbolçusu İvan Perişiç karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, Xorvatiya millisinin üzvü "Tottenhem"ə keçməyə yaxındı.
Londona yollanan 33 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək. Onun "Tottenhem"lə 2 illik müqavilə imzalayacağı gözlənilir.
İvan Perişiç ötən mövsüm A seriyasında 35 oyuna çıxıb, 8 qol, 7 assistlə yadda qalıb.
