"Qarabağ" futbolçusunu icarəyə verə bilər

18:39 - 30 May 2022

"Qarabağ"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Premyer Liqa klublarının maraq dairəsinə düşüb.

Sportal.az saytına verilən məlumata görə, U-21 yığmamızın forvardı oyun praktikasından əziyyət çəkdiyinə görə yeni mövsüm üçün başqa klublardan birinə icarəyə verilə bilər.

Onun hansı kluba icarəyə veriləcəyi isə hələ ki, dəqiqləşməyib. Amma verilən məlumata görə, Ukraynanın "Minay" klubundan transfer edilən futbolçunun icarəyə verilməsi ehtimalı yüksəkdi. 

 

Xəbər xətti