Millimizin rəqibi qalib gəldi

11:12 - 31 May 2022

Qazaxıstan millisi yoxlama görüşü keçirib.

Sportal.az xəbər verir ki, Millətlər Liqasında millimizin rəqibi olan komanda “Astana Arena”da U-21 yığması ilə qarşılaşıb. Görüş əsas komandanın 4:1 hesablı qələbəsilə yekunlaşıb.

Qazaxıstan – Qazaxıstan U-21 4:1
Qollar:
Aleksandr Maroçkin 29, 45, Maksim Samorodov 47, Aleksey Şyotkin 81 (p) – Saqi Sovet 51

​Xatırladaq ki, Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Bakı vaxtilə 18:00-da start götürəcək.

 

Xəbər xətti