PSJ "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməklə bağlı fikrini dəyişib.
Sportal.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Paris klubu Poqbanı transfer etmək istəsə də, artıq bu transferdən vaz keçib.
"Mançester Yunayted"lə müqaviləsi gələn ay başa çatacaq Poqbanın 2012-2016-cı illərdə oynadığı "Yuventus"a keçməsi gözlənilir.
