Çempionlar Liqasının qalibi millinin düşərgəsini tərk etdi

13:27 - 31 May 2022

Tibo Kurtua və Ceyson Denayer Belçika millisinin düşərgəsini tərk edib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki futbolçu zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

​Belçika milllisi UEFA Millətlər Liqasında iyunun 3-də Niderland, iyunun 8-də Polşa, iyunun 11-də Uels, iyunun 14-də yenidən Polşa yığması ilə qarşılaşacaq.

Xəbər xətti