"Barselona"nın müdafiəçisi ilə Premyer Liqa nəhəngləri maraqlanır

17:10 - 31 May 2022

"Barselona"nın futbolçusu Kleman Lanqle komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, fransız müdafiəçi ilə  "Arsenal", "Tottenham" və "Nyukasl" maraqlanır. Lanqle Kataloniya klubunda az oyun keçirməsindən narazıdır.

 

 Futbolçu 2018-ci ildə "Sevilya"dan "Barselona"ya transfer olunmuşdu. 

 

Qeyd edək ki, geridə qalan mövsümdə İspaniya təmsilçisində bütün turnirlər nəzərə alınmaqla 27 oyuna çıxan Fransa millisinin üzvü 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti