Türkiyəli məşqçi Ömər Ərdoğan Azərbaycandan təklif alıb.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə qatıldığı televiziya proqramında məlumat verib. O, Azərbaycan və Qətərdən təkliflər aldığını deyib:
"Menecerlər vasitəsilə Azərbaycan və Qətərdən təkliflər aldım. Ancaq bu təkliflərə isti yanaşmadım. Bundesliqada işləmək istəyirəm. "Hatayspor"da çalışarkən Almaniyadan təklif almışdım".
Ömər Ərdoğan 2020-ci ilin yayından 2022-ci ilin may ayınadək "Hatayspor"u calışdırıb. Komanda onun rəhbərliyi altında son mövsümdə Türkiyə Super Liqasını 53 xalla 12-ci pillədə başa vurub.