"Arsenal"ın hücumçusu yenidən Fransaya qayıda bilər

18:30 - 31 May 2022

"Arsenal"ın futbolçusu Nikola Pepe klubu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, forvard London klubu tərəfindən PSJ-yə təklif edilib. "Topçular" Fil Dişi Sahili millisinin üzvü ilə vidalaşmağa hazırdır.

 

Nikola Pepe buna kimi Fransada "Anje" və "Lill" kimi klublarda çıxış edib. 27 yaşlı hücumçu 2019-cu ildə adıçəkilən sonuncu komandadan "Arsenal"a transfer olunmuşdu.

 

Qeyd edək ki, futbolçu geridə qalan mövsümdə Premyer Liqada  meydana çıxdığı 20 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti