ABŞ-ın "Orlando Siti" klubunda çıxış edən Aleksandre Pato "Real"ın baş məşqçisi Karlo Ançelotti haqda danışıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu italiyalı mütəxəssisin "Milan"ı calışdırarkən məşqlərə helikopterlə gəldiyini deyib:
"Ançelottinin siqar çəkərkən çox özündənrazı olduğunu düşünürsüz? O, "Milan"da işləyərkən məşqlərə helikopterlə gəlirdi. Ceyms Bond kimi addımlar atardı. Özü Parmada yaşayırdı və həyat yoldaşı helikopter sürməyi bacarırdı. O, Ceyms Bond kimi idi. Bu həyatı yaşayan biri varsa, o da Karlodur".
Qeyd edək ki, Aleksandre Pato 2007-2009-cu illərdə "Milan"da Karlo Ançelottinin rəhbərliyi altında oynayıb.
