"Tottenhem" "İnter"in futbolçusu İvan Perişiçi transfer edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Son olaraq "İnter"də oynayan Xorvatiya millisinin üzvü London klubuna azad agent qismində keçib. İvan Perişiç Milan təmsilçisinə 2015-ci ildə Almanyanın "Volfsburq" klubundan transfer olunmuşdu.
Qeyd edək ki, futbolçu geridə qalan mövsümdə "İnter"də bütün turnirlər nəzərə alınmaqla 48 oyuna 10 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
