"Arsenal"ın futbolçusu Bernd Leno klubu tərk edə bilər.
Sportal.az xəbər verir ki, alman qolkiperlə "Benfika" maraqlanır. Lenonun klubla 2023-cü ilə qədər müqaviləsi var. Lisabbonlular oyunçu üçün London klubuna 10 milyon avro təklif etmək istəyir.
Bernd Leno 2018-ci ildə "Bayer"dən (Leverkuzen) "Arsenal"a transfer olmuşdu.
Qeyd edək ki, geridə qalan mövsümdə "topçular"ın heyətində cəmi 8 oyuna çıxan Almaniya millisinin üzvü qapısından 11 top buraxıb.
