"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı

22:18 - 31 May 2022

"Səbail" futbolçusu İbrahim Aslanlı ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.

İbrahim "Səbail"lə ötən mövsüm 9 oyuna çıxıb.

​"Dənizçilər" daha əvvəl Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədovla yollarını ayırmışdı.

Xəbər xətti