"Everton"un futbolçusu "Real"a keçir

22:38 - 31 May 2022

"Everton"un hücumçusu Rişarlison "Real"a keçəcəyi iddialarla bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan braziliyalı forvard bunları söyləyib:

"Klub rəhbərliyinə və baş məşqçi Frenk Lemparda nə istədiyimi demişəm. Onlar məni başa düşürlər. İyunun sonuna qədər gözləyək. Hazırda nəsə deyə bilmərəm. Bu klubun tarixinə və azarkeşlərini sevir, onlara hörmət edirəm".

Riçarlisonun "Everton"la sözləşməsi 2024-cü ilin yayına qədərdir. 25 yaşlı futbolçu ilə "Real" yaxından maraqlanır.

Xəbər xətti