PSJ-nin prezidenti Nasser ƏL-Xelaifi yaxın zamanda Zinəddin Zidanla görüşmək istəyir.
Spotal.az Fransa mətbuatına istinadən xəbər verir ki, rəhbərlik 49 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməkdə israrlıdır. Xəbərdə o da qeyd edilib ki, Zidan təklifə müsbət cavab versə, illik 25 milyon avro qazanacaq. Paris klubunun rəhbərliyi Əlcəzair əsilli fransalı məşqçini razı salsa, hazırkı baş məşqçi Maurisio Poçettinya təzminat ödəyib, istefaya göndərəcək.
Qeyd edək ki, son olaraq "Real"ı çalışdıran Zidan 2021-ci ilin yayından işsizdir.
saytlarin hazirlanmasi
