"Koronavirus məndə fəsadlar yaratdı, ciyərlərim zədələndi"

11:50 - 1 İyun 2022

PSJ-nin futbolçusu Lionel Messi koronavirusa yoluxduğu zaman keçirdiyi ağır günlərdən danışıb.

 

Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, təcrübəli oyunçu açıqlamasında deyib: 

 

"Koronavirus mənə çox təsir etdi. Simptomlar, eyni ilə bir çox insanlarda baş verən dəyişikliklərlə oxşar idi. Temperatur, boğaz ağrısı, öskürək. Koronavirus məndə fəsadlar yaratdı,ciyərlərim zədələndi. Bundan sonra bir müddət qaça, məşq edə bilmədim. Qorxmadım, vaxtından əvvəl qayıtdım və vəziyyəti daha da pisləşdirdim".

 

Qeyd edək ki, 34 yaşlı hücumçu son mövsümdə Paris klubunda 34 oyunda 11 qol , 14 məhsuldar ötürmə ilə yadda qalıb. Messinin komanda ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Xəbər xətti