"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına açıqlama verib.
Şimali makedoniyalı futbol adamı Ağdam klubunun “qızıl dubl” etməsi barədə danışıb:
"Qarabağ"ın kuboku və çempionluğu qazanması məni xoşbəxt edir. Klubun direktoru ilə danışdım və onu təbrik etdim. Həqiqətən onların çempion olması çox sevindiricidi. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər".
Hazırda Şimali Makedoniyanın “Şkendiya” klubunda idman direktoru çalışan Şakiri “Qarabağ”ın yeni mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşmək ehtimalından söz açıb:
"Əlbəttə ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yenidən düşməsi mümkündü. Onlar buna layiqdi. “Şkendiya”nın “Qarabağ” kimi uğurlar qazanmasına gəlincə, mən də onun üçün çalışıram".
saytlarin hazirlanmasi
