Bu gün son Avropa çempionu İtaliya Amerika Kubokunun son qalibi Argentina ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "Finalissima" adlanan görüş İngiltərədə "Uembli" stadionunda keçiriləcək. Görüş Bakı vaxtilə 22:45-də start götürəcək.
Matçın 90 dəqiqəsi heç-heçə ilə yekunlaşacağı təqdirdə, qalibi müəyyənləşdirmək üçün dərhal penaltilər seriyası oynanılacaq.
1 iyun
22:45. İtaliya - Argentina 0:3
Qol: Lautaro Martines, 28, Di Mariya, 45, Paulo Dibala, 90+4
Baş hakim: Pyero Masa (Çili)
London, "Uembli" stadionu
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 19. Leonardo Bonuççi, 3. Corcio Kyellini, 13. Emerson, 18. Nikola Barella, 8. Jorjinyo, 12. Matteo Pessina, 10. Federiko Bernardeski, 9. Andrea Belotti, 22. Cakomo Raspadori
Baş məşqçi: Roberto Mançini
Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 19. Nikolas Otamendi, 4. Nahuel Molina, 13. Kristian Romero, 11. Anxel Di Mariya, 7. Rodriqo De Pol, 18. Quido Rodriqes, 21. Paulo Dibala, 22. Lautaro Martines, 10. Lionel Messi
Baş məşqçi: Lionel Skaloni
saytlarin hazirlanmasi
